Rusiyanın xarici işlər naziri Bakıya gəlir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycana səfər edəcək.

Sergey Lavrovun sabah Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, iclasda Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında altı aylıq sədrliyinin yekunları müzakirə olunacaq.

Bundan başqa, iclas zamanı iqtisadi əməkdaşlıq sahəsində bir çox regional məsələlər, o cümlədən nəqliyyat, energetika, kənd təsərrüfatı, elm və texnologiyalar, səhiyyə kimi aktual məsələlərin müzakirəsi nəzərdə tutulub.