Səfirlər Azərbaycanda ekoloji layihələrlə bağlı məlumatlandırılıb

Xarici İşlər və Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin birgə təşkilatçılığı ilə xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirliklərinin rəhbərləri ilə görüş keçirilib.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Görüşdə ekologiya və ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən islahatlar, layihələr və gələcək perspektivlərlə bağlı diplomatik korpus nümayəndələrinə məlumatlar verilib və onları maraqlandıran suallar cavablandırılıb.