Səməd Seyidov yenidən AŞPA-nın vitse – prezidenti seçilib

Azərbaycanın Avropa Şurasl Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin tərkibi növbəti il üçün təsdiqlənib.

Azunion.org bildirir ki, nümayəndə heyətinin üzvü, deputat  Naqif  Həmzəyevin verdiyi məlumata görə, nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın yenidən vitse-perzidebti də seçilib.

Azərbaycan nümayəndə heyətinin üzvləri deputatlar Rafael Hüseynov, Sabir Hacıyev, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sevinc Fətəliyeva, Elşad Həsənov, Fazil Mustafa, Asim Mollazadə, Çingiz Qənizadə, Sahibə Qafarova və Naqif Həmzəyevdir.

Yanvarın 21-də AŞPA-nın qış sessiyası başlayıb və yanvarın 25-ə kimi davam edəcək.