Sərnişinlərə xoş xəbər – Daha dayanacaqda müəmma ilə üzləşməyəcəksiniz

Hazırda sərnişinləri daha rahat şəkildə məlumatlandıra biləcək yeni bir sistem üzərində işlər aparılır

Paytaxtda marşrut avtobuslarının hərəkət etdiyi istiqamət və interval barədə yeni məlumatlandırma sistemi istifadəyə veriləcək. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.

“Bu istiqamətdə çox ciddi iş aparılır. Yeni gətirilən avtobuslara kart oxuma aparatları quraşdırılır. Eyni zamanda daşıyıcılar tərəfindən alınan avtobuslarda da bu işin təşkili üçün texniki hazırlıq işləri görülür. Kart sisteminə keçid yekunlaşdıqdan sonra əldə edəcəyimiz ən mühüm müsbət məqamlardan biri də avtobusların real vaxt rejimində izlənmasi, onların hərəkətinə nəzarətin təmin edilməsi olacaq. Belə olan halda, təbii ki, artıq vətəndaşlarımızın məlumatlandırılması da asanlaşacaq. Bu gün BakuBus-da belə sistem var. Yaxın aylarda artıq bütün xətlərdə bu mümkün olacaq. Məlumatların ötürülməsi isə bir neçə vasitələrlə mümkün olacaq. Bura mobil telefonlar üçün proqram tətbiqlərinin hazırlanması, internet səhifəsi və dayanacaqlarda məlumat lövhələri daxildir”, – deyə o bildirib.

https://sputnik.az/life/20191016/422046789/avtobuslarin-intervali-barede-sernishinleri-yeni-sistem-xeberdar-edecek.html