Sərnişinlərin nəzərinə! Bu marşrut üzrə elektrik qatarları birgünlük işləməyəcək

Bakı-Bakıxanov marşrutu üzrə hərəkət edən elektrik qatarları birgünlük işləməyəcək.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, Böyük Şor-Bakıxanov mənzilində yerüstü piyada keçidinin dayaqlarının quraşdırılması ilə əlaqədar oktyabrın 27-də Bakı-Bakıxanov marşrutu üzrə işləyən elektrik qatarlarının hərəkəti birgünlük dayandırılacaq.

Elektrik qatarı oktyabrın 28-dən ənənəvi qrafik üzrə sərnişinlərin istifadəsində olacaq.