Səudiyyəli nazir: “OPEC plus” sazişi 9 ay müddətinə uzadılacaq

Neft hasilatının azaldılması üzrə “OPEC plus” sazişi 9 ay müddətinə uzadılacaq.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid əl-Falih deyib.

X. əl-Falih bildirib: “Düşünürəm ki, 9 ay müddətinə uzadılma olacaq”.

Neft hasilatının daha da azaldılmasının məqsədəuyğunluğu barədə jurnalistlərin sualını cavablandıran nazir “bazarın buna ehtiyacı olduğunu düşünmədiyini” bildirib.

Səudiyyəli nazirin sözlərinə görə, neftə tələbat “bir az aşagı düşür”, ümumilikdə isə yaxşı səviyyədə qalır.