Saat 12:00-a olan seçici fəallığı açıqlandı

Saat 12:00-a olan məlumata görə, Milli Məclisə seçkilərdə səsvermə hüququna malik 5 milyon 329 min 460 nəfər seçicidən 1 457 776 seçici səs verib.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının “Seçkilər” İnformasiya Mərkəzinin rəhbəri Fərid Orucov Milli Məclisə seçkilərlə bağlı ilkin məlumatı açıqlayarkən deyib.

Onun sözlərinə görə, indiyə qədər seçici fəallığı 27.35 faiz təşkil edib.

Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilir.

Seçkilərdə 1314 nəfər namizəd qeydiyyata alınıb. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Namizədlərin 21 faizi qadınlar, 79 faizi isə kişilərdir.

Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5573 daimi seçki məntəqəsi fəaliyyət göstərəcək.

Səsvermədə 5 milyon 329 min 460 seçici iştirak edəcək. 573 məntəqədə 340 689 məcburi köçkün səs verəcək.

Seçkilərin gedişini 883 beynəlxalq və 77790 yerli müşahidəçi izləyəcək. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edir.