Siyəzən sakini həmyerlisini güllələdi

Siyəzən rayonunda qətl baş verib.

Azunion.org-un verdiyi məlumata görə, hadisə rayonun Qarasiyəzən yaşayış massivində qeydə alınıb.

Siyəzən rayon sakinləri – Elşən Qədirli və Asim Abdulov arasında qəbiristanlıq ərazisində mübahisə yaranıb. Nəticədə A.Abdulovun odlu silahdan açdığı atəş nəticəsində E.Qədirli hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən şəxs Siyəzən rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Siyəzən rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.