Soçidə Ərdoğan, Putin və Ruhani arasında üçtərəfli görüş olub

Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında Suriya məsələsinə dair üçtərəfli görüş keçirilib.

Azunion.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezidentlər Suriyadakı vəziyyətdən, mövcud vəziyyətin ağırlığından, terrora qarşı birgə mübarizədən, suriyalılar arasında dialoqdan, təhlükəsizlik bölgəsinin yaradılmasından danışıblar.

Fevralın 14-də Soçidə üç ölkənin dövlət başçısı arasında Suriya məsələsinə dair üçtərəfli 4-cü görüş olub.