Stolüstü tennisçilərimiz gənclərin Avropa çempionatının finalında

Çexiyanın Ostrava şəhərində stolüstü tennis üzrə gənclər arasında Avropa çempionatı keçirilir.

Trend-in məlumatına görə, oğlanlardan ibarət Azərbaycan yığma komandası çempionatın yarımfinalında Belçika yığmasına qalib gələrək finala vəsiqə qazanıb.

Bu gün keçiriləcək finalda komandamızın rəqibi Rusiya yığması olacaqdır.