Sumqayıtda 30 nəfər dava edib, 4 nəfər bıçaqlanıb

Sumqayıt şəhərində kütləvi davada 4 nəfər bıçaqlanıb.

Azunion.org-un məlumatına görə, hadisə şəhərin 41-ci məhəlləsində idmançı gənclər arasında mübahisə zəminində baş verib.

Sonradan əlbəyaxa dava zamanı 4 nəfər bıçaqlanıb. Onlardan üç nəfəri – 31 yaşlı Anar Həsənov, 28 yaşlı Eldar Salamov və Emin Ələsgərovun vəziyyəti ağır oduğundan dərhal əməliyyat olunub.

Kütləvi dava zamanı onlarla gənc müxtəlif bədən xəsarətləri ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə müraciət edib.

Şahidlərin sözlərinə görə, kütləvi davada 30-a yaxın gənc iştirak edib. Davanın qız üstündə olduğu bildirilir.