Tramp: “Qarabağ probleminin sülh yolu ilə həlli beynəlxalq təhlükəsizliyi gücləndirəcək”

ABŞ prezidenti Donald Tramp Nikol Paşinyana Ermənistanın baş naziri təyin olunması ilə əlaqədar təbrik məktubu göndərib.

Azunion.org-un Ermənistan mediasına istinadən verdiyi məlumata görə, o, məktubunda Paşinyanı baş nazir təyin edilməsi və siyasi blokunun 2018-ci il dekabr ayında keçirilmiş parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.

“Birlikdə biz ticarət və iqtisadi əlaqələri dərinləşdirmək üçün səylərimizi inkişaf etdirə bilərik”, – Tramp yazıb.

ABŞ prezidenti qeyd edib ki, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli bu səylərə öz töhfəsini verəcək.

Yanvarın 14-də Nikol Paşinyanı prezident Armen Sarkisyan baş nazir təyin edib. Ötən il dekabrın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə görə, Paşinyanın bloku 132 mandatdan 88-ni qazanıb.