Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artaraq 30 milyon dollardan çox olub

Bu ilin sentyabr ayında Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 31,782 milyon dollar artaraq 181,033 milyon dollar təşkil edib.

Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Nazirlikdən bildiriblər ki, 2019-cu ilin sentyabr ayında Türkiyənin Azərbaycana ixracatı 152,931 milyon dollar, Azərbaycandan idxalı isə 28,102 milyon dollar təşkil edib.

2019-cu ilin yanvar-sentyabr aylarında Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 47,215 milyon dollar artaraq 1,431 milyard dollar təşkil edib.

Nazirlikdən verilən məlumata görə, 2019-cu ilin yanvar-sentyabr aylarında Türkiyənin Azərbaycana ixracatı 1,133 milyard dollar, Azərbaycandan idxalı isə 298,646 milyon dollar olub.

Qeyd edək ki, 2019-cu ilin sentyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi 32,181 milyard dollar təşkil edib.

Həmin dövrdə Türkiyənin ixracatı 2018-ci ilin sentyabr ayına nisbətən 0,08 faiz artaraq 15,220 milyard dollar təşkil edib:

“2019-cu ilin sentyabr ayında Türkiyəyə idxal 2018-ci ilin müvafiq ayına nisbətən 0,15 faiz artaraq 16,961 milyard dollara çatdı”.

Yanvar-sentyabr aylarında Türkiyənin xarici ticarət dövriyyəsi 286,419 milyard dollar təşkil edib.