Türkiyə prezidenti yanvarda Rusiyaya səfər edəcək

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyıb Ərdoğan və Vladimir Putin yanvar ayında Moskvada görüşəcək.

Azunion.org Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə bazar günü “Anadolu” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, iki ölkə lideri geniş məsələlər spektrini, eləcə də, Suriyadakı vəziyyət və Ankaranın Moskvadan S-400 zenit-raket kompleksləri alması ilə bağlı müqaviləni müzakirə edəcəklər.