Türkiyə, Rusiya və İran prezidentlərinin sammitinin vaxtı açıqlandı

Yanvar ayının əvvəlində Rusiyada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onun rusiyalı həmkarı Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında üçtərəfli görüş keçiriləcək.

Azunion.org Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi Mixail Boqdanov bildirib.

Onun sözlərinə görə, görüş Suriyadakı vəziyyətin tənzimlənməsi üzrə Astana danışıqları formatında keçirilir.

Boqdanov deyib ki, sammitin yanvarın birinci həftəsində, prezidentlərin iş cədvəlindən asılı olaraq, keçiriləcəyi nəzərədə tutulub.

Bu formatda sonuncu görüş 2018-ci il sentyabrın 7-də keçirilib.