Türkiyədə fahişəlik edən 4 azərbaycanlı qadın saxlanıldı

Türkiyənin Trabzon şəhərində polis fahişəliklə mübarizə çərçivəsində Ortahisar rayonuna bağlı Dulusçu məhəlləsindəki bir hoteldə əməliyyat keçirilib.

Azunion.org Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat zamanı 4 azərbaycanlı qadın saxlanılıb.

Hotelin sahibi isə həbs edilib.

Saxlanılan qadınlar polis idarəsindəki proseslərdən sonra Trabzon ədliyyəsinə sövq edilib, daha sonra Azərbaycana deportasiya olunublar.