Türkiyədə onlarla İŞİD döyüşçüsü saxlanılıb

Türkiyənin Manisa vilayətində İŞİD terror təşkilatının 17 döyüşçüsü saxlanılıb.

Trend-in “Kanal7” telekanalına istinadən verdiyi məlumata əsasən, həbs edilənlərin hamısı ölkə ərazisində terrorizm təbliğatında təqsirli bilinir.

Saxlanılanların hamısı Türkiyə vətəndaşıdır.