«Ümumdünya Azərbaycan Mədəniyyət Fondu» Azərbaycan diasporunun qurucularından biri, xeyriyyəçi və iş adamı Fizuli Məmmədovu doğum günü münasibətilə təbrik edir!

«Ümumdünya Azərbaycan Mədəniyyət Fondu» Azərbaycan diasporunun qurucularından biri, xeyriyyəçi və iş adamı Fizuli Məmmədovu doğum günü münasibətilə təbrik edir!

Çox hörmətli Fizuli müəllim!

Azərbaycan diasporu, o cümlədən «Ümumdünya Azərbaycan Mədəniyyət Fondu» üçün Sizin 9 fevral tarixli doğum gününüz çox əhəmiyyətli hadisədir. Xalqımız qarşısında Sizin xidmətləriniz qiymətsizdir. Siz Rusiyada, Avropa ölkələrində və MDB də diasporumuzun formalaşması prosesinə böyük töhvə vermiş, bunun üçün gücünüzü və maliyyə vəsaitlərinizi əsirgəməmisiniz. Siz Azərbaycan diasporunun qurucularından birisiniz. Həmvətənlərimiz Sizin haqqınızda xüsusi heyranlıqla və qürurla danışırlar. Siz ictimai-siyasi xadim, xeyriyyəçi və ‘’İNTER-SEVER’’ şirkətlər qrupunun Prezidenti kimi 30 ildən artıq müddətdə bütün dünyada xalqımıza və doğma Azərbaycana dəstək göstərirsiniz.

Siz 14 il əvvəl ‘’Dünya Azərbaycanlıları İttifaqı’’nı və ‘’Ümumdünya Azərbaycan Mədəniyyət Fondu’’nu yaradaraq, Azərbaycan diasporu tarixində parlaq səhifə açdınız. Bu səbəbdən sizin doğum gününüz bizim üçün çox əziz bayramdır.

30 ildən artıqdır ki, Siz gücünüzü və böyük maliyyə vəsaitlərinizi xalqımız və diasporumuz naminə sərf edirsiniz. Siz fəal şəkildə şəhid ailələrinə və Qarabağ müharibəsi veteranlarına kömək edirsiniz. Bakıya hər səfərinizdə şəhid ailələrini, Böyük vətən müharibəsi və Qarabağ müharibəsi veteranlarını sevindirirsiniz. Təkcə son 2 ildə şəhid ailələrinə və Qarabağ müharibəsi veteranlarına tam təmir olunmuş, mebel və məişət texnikası ilə təchiz olunmuş 15 mənzil hədiyyə etmisiniz.

Bundan başqa, siz müntəzəm olaraq azərbaycanlı tələbələrin təhsilinə, ağır xəstə insanlarımızın, ilk növbədə isə Qarabağ müharibəsi əlillərinin müalicəsinə pullar ayırırsınız. İpoteka kreditlərini ödəyə bilməyən və ya digər səbəblərdən banklardan borc asılılığında olan insanlara mütəmadi olaraq yardım edirsiniz. Buna görə də milyonlara azərbaycanlılar Sizi çox qiymətləndirir, sevir və hörmət edirlər!

Bütün qəlbimizlə Sizi doğum gününüz münasibətilə təbrik edir və səmimi qəlbdən Sizə möhkəm can sağlığı, uzun illər boyu xoşbəxt həyat, ailə səadəti, sevinc, xeyir və sevgi dolu günlər, eyni zamanda uğurlar arzu edirik! Xoşbəxt uzun ömür yaşayın. Arzu edirik ki, gələcəkdə üç rəqəmli doğum günlərinizi qeyd edəsiniz!

Dərin və səmimi hörmətlə,

«Ümumdünya Azərbaycan Mədəniyyət Fondu»