“Visa” və Azərbaycan Beynəlxalq Bankı tokenləşmə sistemini işə salır

“Visa” beynəlxalq ödəmə sistemi Azərbaycan Beynəlxalq Bankı ilə birgə tokenləşmə (Visa Token Services) sistemini işə salır.

Bu barədə Trend-ə şirkətdən məlumat veriblər.

Məlumata əsasən, sentyabrın 10-da “Visa International” şirkətinin Qafqaz regionu üzrə direktoru Kristina Doroşun səfəri gözlənilir.

Xatırladaq ki, şirkət Azərbaycanda tokenləşmə sisteminin işə salınması planlarını bu ilin mayında Bakıda Maliyyə texnologiyaları üzrə sammit zamanı səsləndirmişdi.

K.Doroş bildirmişdi ki, tokenləşmə rəqəmsal nağdsız ödəmələrin vacib elementidir. Sistem ödəmə kartlarını rəqəmsallaşdırmağa imkan verəcək. Tokenləşmə texnologiyası məlumatların etibarlı şifrələnməsi sistemi vasitəsilə elektron ödəmələri təhlükəsizləşdirməyə imkan verir.