Vladimir Putin İlham Əliyevi təbrik edib

Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Azunion.org Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiyanın lideri təbrik teleqramında qeyd edib ki, İlham Əliyev öz ölkəsində və xaricdə soydaşları arasında layiqli hakimiyyətə malikdir, təcrübəli, uzaqgörən və siyasi şəxs, öz ölkəsinin əsl lideridir.

Putin İlham Əliyevin Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın güclənməsinə şəxsi töhfəsini yüksək qiymətləndirib, konstruktiv ikitərəfli dialoqun və birgə işlərin davam etdirilməsinə ümid etdiyini bildirib.

Rusiya prezidenti Azərbaycanın prezidentinə sağlamlıq, rifah və dövləti fəaliyyətində uğurlar arzulayıb.