Vladimir Putin: “Prezident olmaq istəmirdim”

Rusiya Prezidenti Vladimir Putin sələfi Boris Yeltsin tərəfindən bu vəzifə ona təklif ediləndə dövlət başçısı olmaq istəmədiyini, o zaman buna hazır olmadığını deyib.

Azunion.org Rusiya mediasına istinadən xəbər verir ki, bunu Vladimir Putin Yaroslavl şəhərində keçirilən bir forumdakı nitqi zamanı bildirib.

“Rusiyanın ilk prezidenti Boris Yeltsin məni yanına çağırıb baş nazir vəzifəsinə namizədliyimi Dövlət Dumasına təqdim etmək istədiyini, sonra da prezident seçkilərinə getməyi təklif edəndə razılıq vermədim”, – deyən Putin Yeltsinin bu cavaba təəccübləndiyini əlavə edib.