Xəzərdə zəlzələ oldu

Yeraltı təkanlar yerli vaxtla saat 02:18-də qeydə alınıb. Zəlzələnin ocağı 30 kilometr dərinlikdə yerləşib

Bu gün Xəzər dənizində zəlzələ olub. Zəlzələnin maqnitudası 3,6 bala çatıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Sputnik Azərbaycan-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 02:18-də qeydə alınıb. Zəlzələnin ocağı 30 kilometr dərinlikdə yerləşib.

https://sputnik.az/life/20190827/421563372/xezerde-zelzele-oldu.html