Yaxın zamanlarda hotellərə ulduzların verilməsi prosesinə başlanılacaq

Yaxın zamanlarda hotellərə ulduzların verilməsi prosesinə başlanılacaq.

Trend-in məlumatına görə, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib ki, hazırda hotellərə ulduzların verilməsi istiqamətində iş aparılır.

F.Nağıyev əlavə edib ki, son zamanlarda ölkədə hostel və üç ulduzlu hotellərin sayı artır.

Agentlik sədri hazırda ölkədəki hotellərin sayının turistlərin tələbatını ödədiyini də söyləyib.

Bununla belə F.Nağıyev hesab edir ki, ölkədə yeni hotellər açılmalıdır. O, bunun üçün sahibkarlara dəstək verdiklərini də nəzərə çatdırıb.