Yeni yaradılan qurumun tabeliyindəki tibb müəssisələrinin siyahısı təsdiqlənib

“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı” təsdiq edilib.

Trend-in məlumatına görə, bu barədə Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin siyahısı təsdiq edilir.

Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.