Yüzdən artıq alıcının hüququ pozuldu, aldadıldı – Azərbaycanda

İyul ayı ərzində AQTA-ya 1632 müraciət daxil olub

2019-cu ilin iyul ayı ərzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə ümumilikdə 1632 müraciət daxil olub. Agentlikdən Sputnik Azərbaycan-a verilən xəbərə görə, daxil olan müraciətlərdən 302-i sertifikatlaşdırma və qeydiyyat, 355-i idxal-ixrac əməliyyatları, 175-i istehlakçı hüquqlarının pozulması halları ilə bağlı olub.

Qida zəhərlənmələri ilə bağlı Agentliyə 41 müraciət daxil olsa da, onlardan yalnız 14-ü öz təsdiqini tapmışdır. Bütün hallarda müraciətlər araşdırılmış və qanunvericiliyin tələblərinə uyğun olaraq icrası təmin edilib.

Müvafiq dövrdə Agentliyə daxil olan müraciətlərin 121-i işə qəbulla bağlı, 638-i isə digər xarakterli müraciətlər olub.

Read more: https://sputnik.az/life/20190801/421338568/Yuzden-artiq-alicinin-huququ-pozuldu.html